Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçiriləcək sosial-iqtisadi tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi və kibertəhlükəsizlik mövzuları ətrafında sosial maarifləndirilmənin həyata keçirilməsi üzrə Bakı şəhərində “İnvest Karabakh 2024” forumu və gənclərin biznes ekosistemi üzrə ideyalarının reallaşdırılması istiqamətində texnoloji transfer prosesinə dəstək olmaq məqsədi ilə yaşıl texnologiyalar istiqamətində “Karabakh - GreenTech” adlı hakaton təşkil etmək məqsədi daşıyır
Müraciət edən şirkətin tam adı qeyd olunmalıdır.
Sahibkarın adı və soyadı doğru formada yazılmalıdır.
Kiçik və orta biznes sahəsi olaraq yaşıl texnologiyalar, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər.
Qeyd edilən məlumatların düzgünlüyünə diqqət edilməlidir. Seçim zamanı diqqət ediləcək məqamlar məlumatların doğru və düzgünlüyü olacaqdır. Qeyd edək ki, forumda iştirak ödənişsizdir.
Forumun məqsədi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə uyğun olaraq, Qarabağda işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərinin inkişafını dəstəkləmək və sosial maarifləndirmə həyata keçirməkdir.
Forum 2 panel əsasında təşkil olunacaq. I paneldə texnologiya transferi, yaşıl texnologiyalar, kibertəhlükəsizlik kimi mövzular, II paneldə isə Qarabağda mövcud investisiya imkanları, yaşıl sahibkarlıq və vergi güzəştləri kimi mövzular müzakirə olunacaq.
Forumda sadəcə kiçik və orta sahibkarların iştirakı nəzərdə tutulduğu üçün qeydiyyatdan kiçik və ya orta sahibkarlar keçə bilər.
Sahibkar olaraq qeydiyyat formundan qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan sonra müraciətinizə baxılacaq və uyğun olduğunuz təqdirdə sizinlə əlaqə saxlanılacaq.
Xeyr, ödənişsizdir.
Rəsmi saytımızın “Agenda”( başlıq dəyişə bilər) bölməsindən formun proqramı ilə ətraflı tanış ola bilərsiniz.
Bəli,forumda sadəcə 300 nəfər kiçik və orta sahibkarın iştirakı nəzərdə tutulmuşdur.
Forumda dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl sektor və akademik dairələrdən olan nümayəndələr iştirak edəcək.
Formun spikerləri müəyyən edildikdən sonra rəsmi saytımızdan və sosial media hesablarımızdan ətraflı məlumat əldə edə bilərsiniz.